BMT Türkiyənin Qarabağdakı münaqişəyə müdaxiləsinin sübut olunmadığını bildirdi

BMT Türkiyənin Qarabağdakı münaqişəyə müdaxiləsinin sübut olunmadığını bildirdi

Moderator.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Ermənistanın Türkiyənin Qarabağda baş verən hərbi əməliyyatlarda iştirakı barədə israrlı iddialarını BMT rədd edib.

BMT Baş katibinin sözçüsü Stefan Dujarrik 28 sentyabr brifinqində bildirib ki, ” Türkiyənin Dağlıq Qarabağdakı hərbi münaqişəyə müdaxiləsi ilə bağlı medianın yaydığı məlumatları BMT təsdiqləyə və ya inkar edə bilməz. Bu və digər bir çox ifadələrin həqiqiliyi ilə əlaqəli bir məlumatımız yoxdur. Bunu yoxlamaq üçün vasitəmiz yoxdur."

 

 

Mənbə: moderator.az