Azərbaycanlı və türklər Kardaşyanı susdurdular

Azərbaycanlı və türklər Kardaşyanı susdurdular

Azərbaycanlı və türklər təmas xəttində başlayan əməliyyatlardan sonra ermənilər üçün dua istəyən porno ulduz Kim Kardaşayanı biabır ediblər.

BAKU.WS xəbər verir ki, xəbər verir ki, erməni porno ulduzun "Twitter" paylaşımı cavabsız qalmayıb. Azərbaycanın işğal altında olan Qarabağ bölgəsində ermənilərin təzyiqlərə məruz qaldığını iddia edən və gərginliyin artmaması üçün beynəlxalq ictimaiyyətdən dəstək istəyən Kardaşayana soydaşlarının törətdikləri vəhşiliklər xatırladılıb.

Yüzlərlə azərbayacnlı və türk həm ingilis, həm də türk dillərində sərt reaksiya veriblər. Bəziləri Atatürkün "Azərbaycanın kədəri kədərimiz, sevinci isə sevincimizdir" sözlərini xatırladıb, bəziləri isə "siz çoxsunuz, amma unutmayın ki, biz də türkük", "1992-ci ildə Ermənistan Qarabağı işğal edərkən körpələri belə qətlə yetirib. İndi də Azərbaycan işğal edilən torpaqlarını azad edir", "Ermənistan rus hərbçiləri ilə savaşırsa, Azərbaycan da türk əsgərindən kömək almaqda haqlıdır", "qorxma Kim, Azərbaycan mülki vətəndaşları öldürmür" kimi cavablar yazıblar.

BAKU.WS

Mənbə: baku.ws