“Azərbaycan güclü olmasa, Türkiyə güclü olmaz”

“Azərbaycan güclü olmasa, Türkiyə güclü olmaz”

Türkiyənin Baş Polis İdarəsinin feysbuk səhifəsində Azərbaycana dəstək məqsədli paylaşım edilib.

“Qafqazinfo” xəbər verir ki, paylaşımda bir daha Azərbaycan-Türkiyə qardaşlığına dair fikirlər qeyd olunub.

“Tarix, dil, din, mədəniyyət birliyi içində olduğumuz azəri qardaşlarımızla gələcəyimiz də, talehimiz də birdir. Türkiyə də vətəndir, Azerbaycan da vətəndir... O vətən güclü olmasa, bura güclü olmaz. Bura güclü olmasa, ora güclü qala bilməz. Daim yan-yana, daim çiyin-çiyinə”,- deyə paylaşımda qeyd olunub.

Mənbə: qafqazinfo.az