Deputat cəbhə bölgəsindəki xəstəxanada niyə TƏSİRLƏNDİ...

Milli Məclisin deputatı Vüqar Bayramov Horadiz şəhərində yerləşən Füzuli rayon xəstəxanasında olub.

Modern.az-ın xəbər verir ki, deputat xəstəxanada oalrkən iki hadisədən təsirləndiyini qeyd edib:

“Əvvəlla, böyük qürur hissi ilə qeyd edim ki, yaralılarımızın bir çoxu ilkin tibbi yardım aldıqdan sonra cəbhə bölgəsinə qayıdacaqlarını bildirirdilər. Həkimlər onlara daha bir neçə gün xəstəxanada qalıb müalicə olunmağı təklif etsələr də, mərd əsgərlərimiz döyüş xəttində öz əsgər yoldaşlarının yanında olmağa, vətən uğrunda döyüşü davam etdirməyə üstünlük verərək yenidən döyüşə qayıdıblar.

İkinci qürurverici fakt. Xəstəxanın yanında özəl aptek yerləşir. Sentyabrın 27-si erməni təxribatı baş verəndən sonra aptek sahibi aptekin açarını xəstəxanın baş həkiminə verib və deyib ki, “nə qədər dərman lazım olarsa, pulsuz götürün”. Həkimlər də əlavə dərman lazım olanda aptekdən istifadə edirlər. Bu fakt da milli birliyin, xalqın orduya dəstəyinin bir daha əyani təsdiqidir”.

V.Bayramovun sözlərinə görə, bu vacib dövrdə bu şəkildə milli birliyin nümayiş etdirilməsi də yüksək vətənpərvərlik hissinin göstərcisidir:

“Ali Baş Komandamıza, Ordumuza güvənərək tezliklə qələbə qazanacağımıza, erməni işgalına son qoyulacagına inanırıq. Bizim işimiz haqq işidir!”

Modern.az

ƏVVƏLKİ XƏBƏR

Dünya Bankı Çinin ÜDM artımı proqnozunu azaldıb

SONRAKI XƏBƏR

Cavid Hüseynov: "Ordumuza inamımız sonsuzdur"