Rumıniyada COVID-19-dan ölən namizəd yenidən bələdiyyə başçısı seçildi

Rumıniyada COVID-19-dan ölən namizəd yenidən bələdiyyə başçısı seçildi

Həftəsonu Rumıniyada keçirilən yerli seçkilərdə koronavirusdan vəfat edən namizəd bələdiyyə başçısı seçilib.

BBC-nin verdiyi məlumata görə, üçüncü dəfə bələdiyyə başçılığına namizəd olan Sosial Demokrat Partiyası (PSD) üzvü İon Aliman Rumıniyanın cənubunda Deveselu kəndində səslərin 64 faizini toplayıb.

Səlahiyyətlilər sentyabrın 15-də Buxarestdə COVID-19-dan vəfat edən Alimanın adının bülletenlərdən silinə bilmədiyini açıqlayıblar.

Deveselu kəndində bələdiyyə başçılığına təkrar seçki olacağı bildirilib.

Mənbə: milletinsesi.info