BMT Baş katibindən Qarabağ ilə bağlı TƏKLİF

BMT Baş katibindən Qarabağ ilə bağlı TƏKLİF

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişə bölgəsinə ATƏT təmsilçilərini göndərməyi təklif edib.

ONN media xəbər verir ki, bu barədə Baş katibin sözçüsü Stefan Duyarric mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Quterreş Azərbaycan Prezidenti İlham Əliyevlə video formatında görüşündən sonra bu barədə danışıb.

O bildirib ki, Türkiyə və ya başqa ölkələrin münaqişəyə müdaxiləsi ilə bağlı iddiaları təsdiq edəcək hər hansı bilgi yoxdur. Buna nəzarət edəcək hər hansı vasitələr belə yoxdur.

 

Mənbə: onn.az