Füzulililər ordumuzun qələbəsini alqışlayırlar

Füzulililər ordumuzun qələbəsini alqışlayırlar

Füzuli rayonundan Milli Məclisin deputatı Vüqar Bayramov ölkə mediasına açıqlamasında bölgədəki son hərbi durumla bağlı hadisələri

cəbhə xəttindən müşahidə etdiyini bildirib:

– Sentyabrın 27-də səhər saat 6-dan etibarən ermənilər hərbi təcavüzə başladılar. Azərbaycan silahlı qüvvələri dərhal əks-hücuma keçdi. Təxribata layiqli cavab verildi. Həm gün ərzində, həm də 27-sindən 28-ə keçən gecə atışmalar davam etdi.

Bu gün səhər saatlarından etibarən erməni silahlı qüvvələri Füzuli rayon sakinlərini, mülki vətandaşlarımızı atəşə tutub, yaralananlar var. Buna baxmayaraq, əhalidə kifayət qədər yüksək əhval-ruhiyyə hökm sürür. İlk həmlədə 7 kəndimizin azad olunması bölgə əhalisinə növbəti qələbə sevincini yaşatdı. Füzulililər ordumuzun bölgədəki qələbəsini alqışlayırlar.

Ali Baş Komandanımıza olan inam çox yüksəkdir. Rayon nəhalisi yollar ətraflarında birləşərək ordumuza verdikləri dəstəyi nümayiş etdirirlər. Mən də hadisələri yaxından izləyirəm.

Yaşayış məntəqələrində dinc əhali üçün xüsusi sığınacaqlar yaradılıb, sakinlərin təhlükəsizliyi tam təmin edilir.

Döyüş vəziyyəti isə ordumuzun nəzarəti altındadır. Döyüşlərimiz Füzuli şəhəri istiqamətində irəliləyirlər. Ümid edirik ki, onlardan gələcək yeni xoş xəbərlər tezliklə ictimaiyyətə təqdim olunsun.

R.TAHİR,
“Xalq qəzeti”

Mənbə: xalqqazeti.com