ABŞ-da prezident seçkilərinə dair sorğu keçirilib

ABŞ-da prezident seçkilərinə dair sorğu keçirilib

ABŞ-da prezident seçkilərinə dair keçirilən sorğuda hansı namizədin öndə olmasını müəyyənləşdirməyə çalışıblar.
Yeniavaz.com “BBC”yə istinadən xəbər verir ki, sorğunun keçirilməsində məqsəd, insanların Donald Tramp və Co Baydenə nə qədər etimad etdiyini ortaya qoymaqdır.
14 gün ərzində aparılan seçki anketlərinin ortalaması nəzərə alınaraq son nəticəyə gəlinib. Sorğudan belə məlum olub ki, namizədlərdən Co Bayden xalqın daha çox etibarını qazanıb. O, 50 faiz səslə Trampı geridə qoyub. Tramp isə sorğuda 43 faiz səs toplayıb.
Qeyd edək ki, bu həftə sonu-3 noyabr tarixində ABŞ-da uzun müddətdir gözlənilən prezident seçkiləri baş tutacaq.

Mənbə: www.yeniavaz.com