Səfirlik: "BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı görüşü məlumat xarakteri daşıyır"

Səfirlik: "BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı görüşü məlumat xarakteri daşıyır"

BMT Təhlükəsizlik Şurası üzvlərinin Dağlıq Qarabağda münaqişənin gərginləşməsinə həsr olunacaq görüşü məlumat xarakteri daşıyır.

Milli.Az bildirir ki, bunu Trend-ə Almaniyanın Azərbaycandakı səfirliyindən deyiblər.

Səfirlikdən bildiriblər ki, görüşün təşəbbüsçüsü Almaniyanın Xarici işlər naziri və Dövlət katibidir.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında Dağlıq Qarabağ münaqişəsinin müzakirələri sentyabrın 29-dan 30-a keçən gecə keçiriləcək.

Müzakirələr bağlı formatda baş tutacaq. Görüşün keçirilməsi üçün Fransa, Almaniya, Böyük Britaniya, Estoniya və Belçika müraciət edib.

Mənbə: news.milli.az