Ceyhun Bayramov dəstəyə görə Pakistana təşəkkür edib

Ceyhun Bayramov dəstəyə görə Pakistana təşəkkür edib

"Pakistanın yeni səfiri Bilal Hayenin etimadnaməsinin surətini qəbul etdim".

BAKU.WS xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov “Twitter” səhifəsində yazıb.

“İkitərəfli münasibətləri müzakirə etdik, həmçinin Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü, Azərbaycanın mülki vətəndaşlarını və mülki obyektlərini atəşə tutması barədə məlumat verdim. Qardaş Pakistana verdiyi güclü dəstəyə görə təşəkkür etdim”, - nazir qeyd edib.

BAKU.WS

Mənbə: baku.ws