“Xahiş etdim ki, məni də müharibəyə aparsınlar” - Milli Qəhrəmanın qardaşı...

“Xahiş etdim ki, məni də müharibəyə aparsınlar”  - Milli Qəhrəmanın qardaşı...

“Allah qoysa, zəfər çalıb yaxşı şənlik edəcəyik. Ordumuzda yüksək əhval-ruhiyyə var, gün-gündən irəli gedirlər”

Bunu Moderator.az-a açıqlamasında Milli Qəhrəman Əliyar Əliyevin qardaşı, Qarabağ qazisi Rüzgar Əliyev deyib. Keçmiş döyüşçü hətta müharibəyə getmək üçün müraciət etdiyini də bildirib:

“İnsanlarımızda Qarabağın işğaldan azad ediləcəyinə böyük inam var. Allah qoysa, zəfər çalıb yaxşı şənlik edəcəyik. Ordumuzda yüksək əhval-ruhiyyə var, gün-gündən irəli gedirlər. Biz də öz növbəmizdə son dərəcə ehtiyatlı olmalıyıq ki, dezinformasiyalar yayılmasın. Hamı kimi mən də torpaqlarımızın işğaldan azad edilməsinə sevinirəm. Azərbaycan xalqı vətənpərvər xalqdır, torpaqlarını azad etmək istəyir və buna da nail olacaq. Mən özüm də müraciət edib dedim ki, müharibəyə göndərsinlər, amma bildirdilər ki, yaşın çoxdu, lazım gəlsə, sizi çağırarıq. Yəni hamı can atır ki, gedib o torpaqlarda düşmənlərimizdən qisasını alsın. Onda şəhidlərimizin də ruhu şad olar. Azərbaycanımızın güclü ordusu var və biz qalib gələcəyik. Həmişə hərbi hissələrdə uşaqlarla görüşürəm və inşallah torpaqlar alınsın o tərəflərə yola düşəcəm. Ancaq qələbə fikriylə irəli getməliyik”.

Vasif Əlihüseyn

Mənbə: moderator.az