Ermənistan Rusiyaya birləşsin – Rus siyasətçi

Ermənistan Rusiyaya birləşsin – Rus siyasətçi

Ermənistan Rusiyanın tərkibinə qatılmaq barədə düşünməlidir.

Axar.az xəbər verir ki, bunu rusiyalı yazıçı və siyasətçi Zaxar Prilepin deyib.

“Ermənistan Rusiyanın tərkibinə qatılmaq barədə referendum keçirməlidirmi? Əlbəttə və sürətli şəkildə...” – deyə o bildirib.

Prilepin buna qarşı çıxanların hamısını Türkiyəyə göndərmək lazım gəldiyini deyib:

“Ermənilər, hesab edirəm ki, Rusiyaya bütün ölkənin ərazisi ilə gəlmək vaxtıdır. Bu, hər zaman kömək edib”.

Mənbə: axar.az