Rusiyalı ekspertlər: “Blitskriq olmayacaq, amma ermənilər Qarabağı itirə bilər…” VƏ PUTİN PAŞİNYANI HAKİMİYYƏTDƏN ATACAQ

Rusiyalı ekspertlər: “Blitskriq olmayacaq, amma ermənilər Qarabağı itirə bilər…” VƏ PUTİN PAŞİNYANI HAKİMİYYƏTDƏN ATACAQ

Rusiyalı ekspert və konfliktoloqlar Qarabağda gedən döyüşlər barədə Ermənistan üçün optimist olmayan rəylərlə çıxış edirlər. Virtualaz.org xəbər verir ki, hərbi tarixçi, postsovet münaqişələri üzrə mütəxəssis Yevgeni Norin NSN internet-telekanalının efirində Azərbaycan və Ermənistanın indiki tammiqyaslı müharibədə şanslarını dəyərləndirib.

“Azərbaycan 90-cı illərdə atəşkəsdən sonra öz silahlı qüvvələrinə çox böyük pullar yatırıb. Ermənistan Azərbaycandan xeyli kasıbdır, onun hərbi büdcəsi xeyli azdır. Üstəlik Azərbaycanın Türkiyənin qismində güclü xarici dəstəyi var, hansı ki, bu ölkənin dəstəyi əvvəllər daha az ifadə olunurdu”,-Norin bildirib.

Rusiyalı mütəxəssis qeyd edib ki, indi Azərbaycan Türkiyənin təkcə siyasi deyil, həm də hərbi dəstəyindən istifadə edir.

“Erməni yaraqlılarının pis döyüşmədiyini nəzərdən qaçırmaq olmaz. Amma üzücü müharibədə ermənilərin vəziyyəti kifayət qədər mübahisəli olacaq. Rəqibləri onlardan maddi –texniki baxımdan üstündür, özü də dəfələrlə. Digər tərəfdən Rusiya Ermənistanın müttəfiqidir və onun münaqişədən tam kənarda qalacağını gözləmək olmaz”,-Yevgeni Norin qeyd edib.

Rusiyalı hərbi tarixçinin fikrincə Qarabağdakı yeni münaqişənin gedişatı yaxın vaxtlarda aydınlaşacaq. “İndi situasiya çox dayanıqsızdır. Çox güman ki, bu Azərbaycan ordusunun blitskiri olmayacaq, daha çox öz üstünlüyündən istifadə edib erməni mövqelərinin tədricən əzilməsini həyata keçirəcək. Onlar çox güman ki, Amerika ordusunun İraqdakı stilində olduğu kimi tank kalonu ilə Stepanakertə (Xankəndi) girməyəcəklər. Bu müharibə daha çox Azərbaycan ordusu öz üstün atəş gücü ilə erməni ordusunun əzilib məhv edilməsini həyata keçirəcək”,-Norin bildirib.

Digər rusiyalı alim Andrey Zorin isə özünün Facebook səhifəsində yazıb ki, bu müharibə çoxdan gözlənilirdi. Çünki Ermənistan Azərbaycan ərazisinin beşdə birini işğal edib. Münaqişənin dinc yolla nizamlanmasına dair danışıqlar nəticəsiz qalıb.

Zorinin fikrincə hadisələrin iki inkişaf variantı var. Birincisi, Türkiyə münaqişəyə Azərbaycanın tərəfində müdaxilə edir və nəticədə Ermənistan sındırılır, məğlub edilir. Bu iki ölkənin protektoratına çevrilir. Lakin Zorinin fikrincə ikinci variant daha ağlabatandır: Kreml indiki situasiyadan istifadə edib məsələyə qarışır və Ermənistanda Nikol Paşinyanı hakimiyyətdən atıb onun yerinə Rusiyaya daha loyal adamı gətirir.

“Paşinyanın hakimiyyətdən getməyə razılaşmasının əvəzində Kreml münaqişənin nizamlanması üçün öz xidmətlərini təklif edə bilər, yaxud müharibə daha uzun çəksə Ermənistana hərbi kömək təklif edər. Və o zaman Ermənistan təkcə Türkiyənin yox, Rusiyanın protektaratına çevrilər”,-Zorin belə hesab edir.

Ekspert qeyd edir ki, Rusiyanın Ermənistanda hərbi bazası var və Putin bu ölkədən elə-belə çəkilən deyil. Ona görə də Kreml Ermənistanı öz təsir sferasında saxlamaq üçün bütün səyləri göstərəcək. Bununla belə Zorin hesab edir ki, məsələ Rusiyanın müharibəyə birbaşa müdaxiləsinə qədər gedib çıxmayasa onda tərəflər məsələnin dinc yolla həllinin daha çox zəruri olduğunu dərk edəcəklər. Və arzuolunandır ki, Rusiyanın iştirakı olmadan...

F.Məmmədov

Virtualaz.org

Mənbə: virtualaz.org