Goranboyun icra başçısının müavini: "Kəndlərdən bir adam belə çıxmayıb"

Ermənilərin Goranboy rayonunu atəşə tutması nəticəsində mülki əhali arasında insan tələfatı baş verməyib.

Milli.Az bildirir ki, bunu Trend-ə Goranboy Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Ceyhun Həsənov deyib.

C.Həsənov Ermənistan Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində rayonun infrastrukturuna ziyan dəydiyini, dəyən ziyanın məbləğinin hələllik müəyyən edilmədiyini söyləyib.

O, Goranboyda əhali arasında yüksək döyüş əzminin olduğunu da vurğulayıb.

RİH başçısının müavininin sözlərinə görə, orduda döyüşmək üçün müraciət edən könüllülərin sayı olduqca çoxdur:

"Goranboy rayon İcra Hakimiyyətinə, Hərbi Komissarlığına döyüşə getmək üçün edilən müraciətlərin ardı-arası kəsilmir. Rayon əhalisinin əhval-ruhiyyəsi çox yüksəkdir. Kəndlərdən bir adam belə çıxmayıb. Hər kəs yüksək döyüş əzmindədir".

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Ədalət Vəliyev: “Prezident ağsaqqallarımızın gənclərin tərbiyələnməsinə iştirakını vacib sayır”

SONRAKI XƏBƏR

QMİ sədri: “Ən böyük arzum Şuşa məscidindən azan verməkdir”