QMİ sədri: “Ən böyük arzum Şuşa məscidindən azan verməkdir”

QMİ sədri: “Ən böyük arzum Şuşa məscidindən azan verməkdir”

“Ali Baş Komandanımıza, Rəşadətli Ordumuza uğurlar arzulayıram”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikası Ağsaqqallar Şurasının video-konfrans formatında keçirilən 8-ci növbədənkənar qurultayında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.

Azərbaycan Ordusuna bir daha uğurlar arzulayan QMİ sədri ən böyük arzusunun Şuşa məscidindən azan vermək olduğunu vurğulayıb.

Mənbə: apa.az