İrandan Ermənistana silah daşınmasına səfirlik münasibət bildirib

İrandan Ermənistana silah daşınmasına səfirlik münasibət bildirib

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi İranın Ermənistana gizli yolla silah daşınması xəbərlərinə münasibət bildirib.

Qazet.az xəbər verir ki, son günlər İrandan Ermənistana gizli yollarla silah daşınması xəbərləri yayılmaqdadır. Sosial şəbəkələrdə və xarici mediada bununla bağlı görüntülər də yer alıb.

Sentyabrın 27-də saat 06:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

İddialara görə, qeyd edilən tarixdən İranın Ermənistana dəstəyi də artıb.

İran İslam Respublikasının Azərbaycandakı səfirliyidən Qazet.az-a bildirilib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir.

“İranın Ermənistana gizli yollarla silah daşınması xəbərlərini təkzib edirik”, – deyə səfirlikdən deyilib.

Mənbə: qazet.az