Bakı Qarabağı nəzarət altına alacaq – Türk ekspert

Bakı Qarabağı nəzarət altına alacaq – Türk ekspert

Ermənistanın hücumlarını idarə edən Rusiya, Fransa, ABŞ və İrandır.

Axar.az xəbər verir ki, bunu türkiyəli hərbi ekspert Coşqun Başbuğ ölkə mətbuatına açıqlamasında deyib.

“Ermənistan bir dövlət deyil, 1,5 milyon insanın yaşadığı coğrafiyadır. Nə siyasi iradəsi var, nə də iqtisadi gücü. Əhalisinin vəziyyəti acınacaqlıdır. Bu qədər acizlik içində olan Ermənistan tək başına Azərbaycana hücum edə bilərmi? Hücumları idarə edən Rusiya, Fransa, ABŞ və İrandır.

Yaxın müddətdə Dağlıq Qarabağ nəzarət altına alınacaq. Əməliyyatı dayandırmaq intihar olardı. Ermənistanın məğlub olacağını anlayan Qərb narahatdır. Qərb Türkiyənin bölgədə gedişatı dəyişdirməyə başladığı andan etibarən “dialoq” deyə çağırışlar edir”, - ekspert bildirib.

Mənbə: axar.az