İlham Əliyevlə Merkel arasında telefon danışığı oldu

İlham Əliyevlə Merkel arasında telefon danışığı oldu

Prezident İlham Əliyev ilə Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert məlumat verib.

Telefon danışığı zamanı Azərbaycan və Ermənistan arasındakı münaqişənin kəskinləşməsi müzakirə edilib.

“Merkel dərhal atəşkəsin elan olunması və danışıqlar masasına qayıtmağın vacibliyini vurğulayıb”,- deyə Zaybert qeyd edib.

Kanslerin sözlərinə görə, ATƏT-in Minsk Qrupu bu cür danışıqlar üçün “uyğun forum” hesab edilir.

Merkel həmçinin, qonşu ölkələrin münaqişənin sülh yolu ilə həllinə töhfə verməli olduqlarını bildirib.

Qeyd edək ki, ötən gün Angela Merkel ilə Ermənistanın Baş Naziri Nikol Paşinyan arasında da telefon danışığı baş tutub.

Mənbə: qafqazinfo.az