Rəsmi Bakı BMT Təhlükəsizlik Şurasından gözləntisini açıqladı

Rəsmi Bakı BMT Təhlükəsizlik Şurasından gözləntisini açıqladı

"Biz ümid edirik ki, 1993-cü ildə olduğu kimi, BMT Təhlükəsizlik Şurası yenidən Ermənistanı öz qoşunlarını işğal olunmuş Azərbaycan torpaqlarından çıxarmağa çağıracaq" - Leyla Abdullayeva

BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi mövcuddur və onlar hələ də yerinə yetirilməyib. Bu qətnamələrin yerinə yetirilməməsi hazırkı vəziyyətə gətirib çıxarıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva qeyd edib.

"BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin yerinə yetirilməməsi dünya birliyinin ikili standartlarının göstəricisidir. Qeyd etmək istəyirəm ki, bütün qətnamələr həyata keçirilməyənə qədər qüvvədədir və biz ümid edirik ki, 1993-cü ildə olduğu kimi, BMT Təhlükəsizlik Şurası yenidən Ermənistanı öz qoşunlarını işğal olunmuş Azərbaycan torpaqlarından çıxarmağa çağıracaq. Ədalət həmişə Azərbaycanın tərəfində olub və olacaq".

Mənbə: sputnik.az