Ermənistan ordusunun alay komandiri ağır yaralandı- RƏSMİ + FOTO

Ermənistan ordusunun alay komandiri ağır yaralandı- RƏSMİ + FOTO

Ermənistan ordusunun alay komandiri ağır yaralanıb.

Bunu Axar.az-a açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

"Azərbaycan Ordusunun keçirdiyi döyüş əməliyyatı nəticəsində Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının 9-cu alayının komandiri polkovnik Artyom Poqosyan ağır yaralanıb", - o vurğulayıb.

Mənbə: axar.az