Fəxrəddin Altun: "Ermənistanın təcavüzkar siyasəti Cenevrə Konvensiyasının pozulması deməkdir"

Fəxrəddin Altun: "Ermənistanın təcavüzkar siyasəti Cenevrə Konvensiyasının pozulması deməkdir"

"Ermənistanın təcavüzkar siyasəti Cenevrə Konvensiyasının açıq şəkildə pozulması deməkdir".

APA-nın CNN Türk-ə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Fəxrəddin Altun öz açıqlamasında bildirib.

Onun sözlərinə görə, dünya ictimaiyyəti yaxşı bilməlidir ki, Azərbaycanın məqsədi cəbhə xəttində yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək və işğal olunmuş ərazilərini azad etməkdir.

Mənbə: apa.az