ISESCO-nun keçmiş baş direktoru: "Ermənistanın Azərbaycana qarşı təcavüzü beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır"

ISESCO-nun keçmiş baş direktoru: "Ermənistanın Azərbaycana qarşı təcavüzü beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır"

Ermənistanın Azərbaycana qarşı təcavüzü beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.

Milli.Az bildirir ki, bunu Trend-ə ISESCO-nun keçmiş baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Əbdüləziz Osman əl-Tüveycri deyib.

Onun sözlərinə görə, Ermənistanın bu təcavüzü, həmçinin Ermənistan hökumətinin ağılsız siyasətinin davamıdır:

"Bu təcavüz Azərbaycanı öz vətəndaşlarının müdafiəsi və işğal olunmuş ərazilərinin azad edilməsi ilə bağlı qətiyyətli addımlar atmağa vadar edib. Mən erməni təcavüzünü və çoxsaylı təxribatlarını qətiyyətlə pisləyirəm və Azərbaycanın ədalətli işində həmrəyliyimi bildirirəm".

Milli.Az

Mənbə: news.milli.az