“Türkiyə istənilən vəziyyətdə, hər zaman Azərbaycanın yanındadır” – AK Partiyalı millət vəkili

“Türkiyə istənilən vəziyyətdə, hər zaman Azərbaycanın yanındadır” – AK Partiyalı millət vəkili

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri AK Partiya İstanbul millət vəkili Şamil Ayrım Azərbaycan-Ermənistan münaqişəsini və sərhəddəki gərginlikyi “YeniAkit” qəzetinə şərh edib.

Avropa.info xəbər verir ki, Ermənistanın Azərbaycana hücumunu planlaşdırıldığını söyləyən AK Partiya İstanbul millət vəkili Şamil Ayrım, “Uzun müddətdir hazırlanmış və planlaşdırılan hücumdur. Əvvəlki hücumlardan çox fərqli bmiqyasa sahibdir. Paşinyan hakimiyyəti vəzifəyə gələndə Qarabağ problemini sülh yolu ilə həll edəcəyini bildirdi. Bununla belə, bu işləmədi. Daxili siyasətdəki mövqeyini zəiflətməmək üçün, mümkün bir seçkidə səs itirməmək üçün millətçi ünsürlərlə əməkdaşlıq etdi. Həll olunmayan problemi dalana sürüklədilər. Paşinyan bu hadisələri alovlandıran çıxış etdi. Çıxışında "Ermənistan Qarabağdır" deyib.

Ayrım "Ermənistan öz enerjisini və təhlükəsizliyini Rusiyaya vermiş və xalqını yoxsulluqla mübarizəyə atan kukla dövlətdir" deyib.

"Paşinyan istifadə olunmağa çox uyğun bir insandır. İndi xalq yoxsulluq üzündən Ermənistanı tərk edir. Ermənistan silahlı qüvvələri əsgərlik üçün heç bir gənc tapa bilmir. Ermənistan son hücumu ilə strategiyasını dəyişdirdi. Müdafiədən çıxdı və Azərbaycandan torpaq almaq üçün hücuma keçdi. Bunun arxasında Rusiya və Fransa durur. Amerika indi susur. Bütün bunlara baxmayaraq, Azərbaycanın yanında Türkiyə var. İstənilən vəziyyətdə. Cənab prezident Rəcəb Tayyib Ərdoğanın da qeyd etdiyi kimi “Türkiyə bu problemin bir an əvvəl sülh yolu ilə həll edilməsi lazımlığını" bildirib.

Mənbə: avropa.info