“Ermənistanın mülki insanları hədəf alması, onun terrorçu mahiyyətindən xəbər verir”

“Ermənistanın mülki insanları hədəf alması, onun terrorçu mahiyyətindən xəbər verir”

Məşhur Məmmədov: “Onların hər birinin beynəlxalq tribunal qarşısında cavab verməsinə nail olacağıq”

Məlum olduğu kimi, son 3gündür ki, düşmən azərbaycanlılar yaşayan bəzi yaşayış məntəqələrini məqsədli şəkildə intensiv atəşə tutmaqdadır. Nəticədə, bugünə qədər 10 mülki şəxs həlak olub, 30 nəfərə isə yaralaıb ki, bu da düşmənin mülkişəxslə hərbçi arasında heç bir fərq qoymadığını göstərir.

Moderator.az-a açıqlamaverən millət vəkili Məşhur Məmmədov bunu Ermənistanın terrorçu mahiyyəti iləizah edib:

“Öncə qeyd edim ki, Azərbaycanöz torpaqlarını müdafiə edir və bu, beynəlxalq qanunlara tamamilə uyğundur. Bütündünya, eləcə də beynəlxalq təşkilatlar bu torpaqları Azərbaycan ərazisi kimitanıyır. Azərbaycan beynəlxalq qanunlardan kənar heç bir addım atmır.

Baş verənlər göstərir ki,işğalçı Ermənistan öz mənfur əməllərindən əl çəkmir. 90-cı illərdə qadınlara,uşaqlara qarşı belə xüsusi amansızlıq sərgiləyən, mülki insanları qətlə yetirənErmənistan, bu gün də məqsədli şəkildə yaşayış məntəqələrini atəşə tutur, mülkiinsanları qətlə yetirir.

Xatırladım ki, BMTtribunasından Ermənistanın sabiq prezidenti Sərkisyan bildirdi ki, biz azərbaycanlıqadın və uşaqları onu görə öldürdük ki, onların qorxub qaçmasını istədik. YəniErmənistan rəhbərliyi açıq şəkildə mülki insanlara qarşı zor tətbiq etdiklərinietiraf etdi.

Ermənistan bu gün dəmülki sakinləri atəşə tutmaqla qadınları, qocaları, uşaqları məhv etmək istəyir.Belə bir dövlətin insan hüquqlarından danışmağa heç bir haqqı yoxdur.

Inanıram ki, Azərbaycanyaxın gələcəkdə öz ərazi bütövklüyün tam şəkildə təmin edəcək və bundan sonraAzərbaycan xalqına qarşı zorakılıq sərgiləyən, mülki insanları qətlə yetirən,qadınlara, uşaqlara amansız işgəncələr verən hər bir erməninin beynəlxalqtribunal qarşısında cavab verməsinə nail olacaq”.

Mənbə: moderator.az