İşğalçı İrəvan Rusiyanın arxasında gizlənir - Xlopotov

Ermənistan silahlı qüvvələrinin eyni anda təmas xətti boyunca cəbhənin müxtəlif istiqamətlərində bazar günü səhər saatlarında qəfil hücumu danışıqlar prosesini tamamilə zəiflətmək məqsədi daşıyıb. Yəni, əvvəlcədən planlaşdırılan təxribatçı bir hərəkət idi. Bununla yanaşı, artilleriya zərbələri təkcə Azərbaycan Ordusunun mövqelərinə deyil, dinc kəndlərə də endirilib.

Bu sözləri Axar.az-a açıqlamasında rusyalı hərbi ekspert Aleksey Xlopotov deyib.

Onun sözlərinə görə, danışıqların istənilən nəticəsi bu və ya digər şəkildə, hər vasitə ilə Azərbaycanın işğal olunmuş ərazilərini əlində saxlamağa çalışan Ermənistan hökuməti üçün əlverişsiz olacaq. Məhz bu səbəbdən Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusu ilə təmas xəttinin bir neçə hissəsində silahlı təxribat törədiblər:

“Ermənistan liderləri, özlərini necə təqdim etməsinə baxmayaraq, beynəlxalq ictimaiyyətin və əlbəttə, beynəlxalq hüququn gözü qarşısında 30 ilə yaxındır Azərbaycan ərazilərini zorla əlində saxlayır. Yəni Ermənistan azərbaycanlılara qarşı soyqırım həyata keçirən təcavüzkar bir ölkədir. Son zamanlar həmin ərazidə liviyalı və suriyalı erməni qaçqınlar zorla məskunlaşdırılır. Bununla yanaşı, qaçqınlar adı altında Yaxın Şərqdən Qarabağ ərazisinə yaraqlı və terrorçular gətirilir”.

Ekspertin sözlərinə görə, bu siyasətin məqsədi işğalın davam etdirilməsi, yeni Azərbaycan ərazilərinin ələ keçirilməsi, qeyri-sabitliyin yaradılması, Cənubi Qafqaz regionunda ümumi sabitliyin pozulması məqsədilə hərbi əməliyyatların alovlandırılmasıdır:

“Nikol Paşinyanın başçılığı altında olan Ermənistan rəhbərliyi ölkəni ən dərin iqtisadi və sosial böhrana sövq edərək, bütün problemləri müharibənin üstünə atmağa çalışır. Eyni zamanda, gücünün cüziliyini anlayan Ermənistan KTMT-nin, daha doğrusu, bu təşkilatın əsas üzvü kimi Rusiyanın arxasında gizlənməyə çalışır”.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

İran rəsmisi Rusiyaya məxsus yük maşınlarının Ermənistana hərəkətinin dayandırıldığını bildirib

SONRAKI XƏBƏR

Prezident İlham Əliyev: Paşinyanın diktator rejimi regionda sülh və təhlükəsizliyə təhdiddir