Prezident İlham Əliyev: Paşinyanın diktator rejimi regionda sülh və təhlükəsizliyə təhdiddir

İki il bundan öncə Ermənistanda əvvəlki hökumətin cinayətkar rejimi devrildi. Ümidlər var idi ki, yeni hökumət düşmənçiliyə son qoyacaq, nifrətə son qoyacaq. Əfsuslar olsun ki, yeni hökumət eyni yolla gedir. Paşinyanın diktator rejimi regionda sülh və təhlükəsizliyə təhdiddir.

Day.Az AZƏRTAC-a istinadlə xəbər verir ki, bunu Prezident İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən bildirib.

Dövlətimizin başçısı deyib: "Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar Paşinyan rejiminin etdiklərinə göz yumur. Diktatorluq artıq Ermənistanda rəsmi siyasətə çevrilib. Əsas müxalifət partiyasının lideri bu yaxınlarda həbs olunub. İki sabiq prezident barəsində cinayət araşdırmaları aparılır. Həbslər olub. Jurnalistlər həbsxanada ölür. Siyasi müxalifət sıxışdırılır. Paşinyan Ermənistanın yeni diktatorudur. Lakin əfsuslar olsun ki, özünü həbsxanada əziyyət çəkən insanların müdafiəçisi kimi göstərən insan haqları təşkilatları reaksiya vermir. Bu, ikili standartların nümayişidir".

Day.az

ƏVVƏLKİ XƏBƏR

İşğalçı İrəvan Rusiyanın arxasında gizlənir - Xlopotov

SONRAKI XƏBƏR

İtaliyanın çoxsaylı KİV-ləri Ermənistanın Azərbaycana qarşı son hərbi təcavüzündən yazırlar