Qarabağ döyüşü Türkiyə mətbuatında – "Azərbaycan vura-vura irəliləyir"

Qarabağ döyüşü Türkiyə mətbuatında – "Azərbaycan vura-vura irəliləyir"

Bölgədə genişmiqyaslı erməni təxribatları səbəbilə Azərbaycanın başlatdığı əks-hücum əməliyyatına Türkiyə mətbuatında geniş yer verilib.
Yeniavaz.com xəbər verir ki, Türkiyə mətbuatında Azərbaycan Ordusunun Dağlıq Qarabağda apardığı uğurlu döyüşlər barədə geniş yazılar yayımlanıb. Yazıda ordumuzun Füzuli-Cəbrayıl, Ağdərə-Tərtər istiqamətində ermənilərə aid çox sayda canlı qüvvəsinin və döyüş texnikalarının məhv edildiyi vurğulanıb.
Məlumat üçün deyək ki, Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan son çıxışında “Dağlıq Qarabağın ermənilərdən azad edilməsinin vaxtı gəlib çatıb”-deyə bildirmişdi. Həmçinin, Türkiyənin siyasi partiyaları Azərbaycana qarşı edilən düşmən təxribatı səbəbilə birgə bəyanat yayıblar. Bəyanatda Ermənistanın Azərbaycana qarşı hücumu pislənib.
Qeyd edək ki, 27 sentyabr səhər saatlarında Ermənistan hərbi birləşmələrinin Azərbaycana qarşı genişmiqyaslı təxribat törətməsi səbəbilə ordumuz əks-hücum əməliyyatına başlayıb. Döyüşlər davam edir.

Mənbə: www.yeniavaz.com