Xocalı qatili məhkəmədən yayınmaq üçün Xankəndiyə gəldi

Xocalı qatili məhkəmədən yayınmaq üçün Xankəndiyə gəldi

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan Qarabağa gəlib.

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Ohanyanın vəkili Karen Mejlumyan deyib.

O, Ohanyanın Qarabağa guya özünün hərbi biliklərini paylaşmaq üçün getdiyini bildirib.

Mejlumyan bununla əlaqədar Ohanyanın bu gün 1 mart hadisələri ilə bağlı məhkəməyə gələ bilməyəcəyini və ona görə də məhkəmənin təxirə salınması üçün vəsatət qaldırdıqlarını deyib.

Mənbə: axar.az