Belarus müxalifətinin lideri Makronla görüşüb- Fransa prezidentinin vədi

Belarus müxalifətinin lideri Makronla görüşüb- Fransa prezidentinin vədi

Fransa prezidenti Emmanuel Makron bu gün Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya ilə görüşüb.

Bu barədə “DELFİ” portalı məlumat yayıb.

“Cənab Makron bizə ölkədəki siyasi böhranın həll olunması üzrə danışıqlarda kömək göstərəcəyinə söz verdi”,-deyə S.Tixanovskaya görüşdən sonra jurnalistlər qarşısında bildirib.

Bundan başqa o, Fransa prezidentinin siyasi dustaqların azad olunması ilə bağlı əlindən gələn hər şeyi edəcəyini söylədiyini bildirib.

“Makron bizə zamanın olduqca vacib olduğunu, çünki insanların rejimdən əziyyət çəkməkdə davam etdiyini bildirdi”,-deyə Tixanovskaya sonda vurğulayıb.

Mənbə: cia.az