Rusiya mətbuatı: “Ermənilər Xankəndindən nizamsız şəkildə köçürülür”

Rusiyanın tanınmış “İzvestiya” media orqanı ermənilərin Xankəndindən nizamsız şəkildə köçürülməsi ilə bağlı xəbər yayımlanır.
Yeniavaz.com “iz.ru”ya istinadla xəbər verir ki, Xankəndində yaşayan ermənilər nizamsız şəkildə İrəvana köçürülür. “İzvestiya”nın müxbiri ermənilərin köçürülməsi ilə bağlı bu ifadələri işlədib:
“Onları təcili şəkildə evəkuasiya edirlər. Hamısı İrəvana göndərilir. Orada heç bir tanışıları, qohumları yoxdur. Ancaq, Xankəndindən gedən ermənilər ümid edirlər ki, onları İrəvanda kimsə qarşılayacaq”.
Qeyd edək ki, 27 sentyabr səhər saatlarında Ermənistan hərbi birləşmələrinin Azərbaycana qarşı genişmiqyaslı təxribat törətməsi səbəbilə ordumuz əks-hücum əməliyyatına başlayıb. Döyüşlər davam edir.

Yeniavaz.com

ƏVVƏLKİ XƏBƏR

Pompeodan cəbhədəki durumla bağlı - Çağırış

SONRAKI XƏBƏR

bp Abşeron yarımadası ətrafında dayazsulu sahə daxilində kəşfiyyat qazma fəaliyyətləri üçün sənədin müzakirəsini təxirə salıb