Mövlud Çavuşoğlu: Dünya ictimaiyyəti Azərbaycanla Ermənistanı bir tutmamalıdır

Mövlud Çavuşoğlu: Dünya ictimaiyyəti Azərbaycanla Ermənistanı bir tutmamalıdır

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli üçün heç bir addım atmayıb. Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TRT kanalına müsahibəsində deyib.

M.Çavuşoğlu bildirib ki, bölgədə vəziyyətin gərginləşməsinə günahkar Ermənistan hakimiyyətidir. M.Çavuşoğlu əlavə edib ki, dünya ictimaiyyəti Azərbaycanla Ermənistanı bir tutmamalıdır:

"Çünki Ermənistan işğalçıdır, Azərbaycan isə işğala məruz qalan ölkədir. Biz hər zaman Azərbaycanı dəstəkləmişik və dəstəkləməkdə davam edəcəyik. Harda olursaq olan hər zaman Azərbaycanın yabnında olacağıq. Eyni zamanda Azərbaycanın diplomatik korpusu olmayan ölkələrdə Azərbaycan vətəndaşları Türkiyə konsulluqlarına müraciət edə bilərlər".

Mənbə: news.day.az