“Azərbaycan Qarabağda beynəlxalq terrorizmə qarşı mübarizə aparır”

“Azərbaycan Qarabağda beynəlxalq terrorizmə qarşı mübarizə aparır”

“Sivil dünyanın bu mübarizədə dövlətimizə dəstək verməsi onun öz təhlükəsizliyi baxımından vacibdir”

Sentyabrın 27-də saat06:00 radələrindən etibarən Azərbaycan ordusunun erməni təxribatını dəf edərək,bütün cəbhə boyu hücuma keçməsi Qarabağ probleminin hərbi müstəvidə həlliyolunda geniş perspektiv açıb. Əks-hücumun elə ilk günündə hərbçilərimizin 7 kəndivə bir neçə yüksəkliyi düşmən işğalından azad etməsi, onun canlı qüvvəsinə, hərbitexnikasına böyük zərbə vurması ordumuzun düşmən qarşısında böyük və əziciüstünlüyə malik olduğunu göstərdi.

Hərbi əməliyyatlarfonunda meydana çıxan daha bir reallıq isə işğalçının ordumuza qarşı hərbi əməliyyatlardaSuriya, Livan və s. ölkələrdən gətirilən erməni muzdlularından, müxtəlifterrorçulardan istifadə etməsi gerçəyi oldu.

Əslində Ermənistanınişğal edilmiş Azərbaycan torpaqlarına Yaxın Şərq ölkələrindən muzdlu döyüşçülər,terrorçu dəstələr cəlb etməsi ilə bağlı informasiyalar bundan öncə də mövcudidi. Xüsusilə də Suriya və Livandan erməni əsilli ailələr adı iləterrorçuların, muzdlu hərbçilərin Qarabağa yerləşdirilməsi ilə bağlı mediadayer alan məlumatlar düşmənin işğaldakı torpaqlarda möhkəmlənmək, özünə bu yollasosial baza yaratmaq cəhdindən xəbər verirdi. Başqa sözlə desək, terror və hərbitəcavüz yolu ilə Qarabağa sahiblənən Ermənistan, bu bölgəni digər ölkələrdən gələnterrorçuların üzünə açmaqla işğaldakı əraziləri beynəlxalq terror mərkəzinəçevirmişdi. Hansı ki, 27 sentyabr tarixindən etibarən ordumuzun həyatakeçirdiyi uğurlu əks-hücum əməliyyatları bu gerçəyi real faktlar və nümunələr əsasındaortaya çıxarmış oldu.

 

Ötən gün AzərbaycanRespublikasının Müdafiə Nazirliyi bəyan etdi ki, məhv edilən düşmən hərbçiləri arasında Suriyavə Yaxın Şərqin müxtəlif ölkələrindən olan çoxlu sayda erməni muzdlularımövcuddur. Bu şəxslər Azərbaycan ordusuna qarşı döyüşlərdə yer alsa da, onlar rəsmişəkildə Ermənistan Silahlı Qüvvələrinin şəxsi heyətinə daxil edilməyib. Bu isəErmənistan öz hərbi itkilərini gizlətməyə, bu itkilərin sayı haqqında erməniictimaiyyətinə yalan məlumat verməyə imkan yaradır. Insan resursu baxımındanciddi çatışmazlıq yaşayan Ermənistan, dünyanın müxtəlif ölkələrindən bölgəyəterrorçuları cəlb etməklə, müvəqqəti də olsa ordumuzun hücumlarının qarşısınıalmağa cəhd edir. Halbuki, onun bu cəhdinin tamamilə səmərəsiz olduğu göz önündədir.

Ermənistanın işğaldakı Azərbaycantorpaqlarını müxtəlif terror təşkilatlarının üzünə açması, onlardan Azərbaycanaqarşı hücum və müdafiə səddi kimi istifadə etməsi qardaş Türkiyə dövlətinə də məlumolan bir gerçəkdir. Xatırladıaq ki, sentyabrın 28-də Türkiyənin Müdafiə NaziriHulisi Akar növbəti dəfə Azərbaycanla həmrəyliklərini dilə gətirib və Ermənistanınxaricdən gətirdiyi muzdlu hərbçiləri, terrorçuları geri göndərməsininvacibliyini qeyd edib. Hörmətli Hulisi Akarın bu açıqlaması da göstərir ki, Ermənistanınişğaldakı Azərbaycan torpaqlarını dünya terrorçuları üçün sığınacağa, təlim düşərgəsinədöndərməsi faktı çoxlarına sirr deyil və sadəcə bəzi dünya gücləri ikilistandartlar səbəbi ilə bu reallığı görməzdən gəlməyə çalışır.

 

Məhv edilən erməni hərbçiləriarasında çoxsaylı muzdlulara rast gəlinməsi faktı bir daha sübut etdi ki, Azərbaycansadəcə işğalçı Ermənistana qarşı deyil, həm də beynəlxalq terrorizmə qarşımübarizə aparır. Bu isə o deməkdir ki, Azərbaycanın apardığı bu mübarizə bütündünyanın rifahı və təhlükəsizliyi üçündür. Bu gün Azərbaycan əsgəri Qarabağdaona görə savaşır ki, dövlətimizlə yanaşı, bütün dünya üçün təhdid və təhlükə mənbəyiolan terrorizmin çiçəklənməsinin qarşısını alsın, işğal edilmiş torpaqlarımızıazad etməklə bu torpaqlar üzərində sivil, demokratik Azərbaycanın nəzarətini təminetsin. Odur ki, sivil və mütərəqqi dünyanın bu mübarizədə dövlətimizə dəstəkverməsi hər şeydən öncə onun öz təhlükəsizliyi baxımından vacibdir.

 

Seymur ƏLİYEV

e-mail: [email protected]

 

 

 

Mənbə: moderator.az