Aprel döyüşlərində biabır etdiyimiz erməni komandanlıq yenidən Qarabağa gəlib

Aprel döyüşlərində biabır etdiyimiz erməni komandanlıq yenidən Qarabağa gəlib

Azərbaycan Silahlı Qüvvələrinin işğal altında olan torpaqların azad edilməsi istiqamətində apardığı döyüş əməliyyatları rəsmi İrəvanı qorxuya salıb. Ermənilər üçün vəziyyət o qədər acınacaqlıdır ki, Baş nazir Nikol Paşinyan hakimiyyəti qatı düşmənlərindən belə yardım istəməyə başlayıb.

BAKU.WS xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Yuri Xaçaturov, keçmiş müdafiə naziri Seyran Ohanyan və Ermənistanın ikinci prezidenti Robert Koçaryan Qarabağa gəliblər. Paşinyanın devirdiyi sabiq erməni klanı Qarabağda Azərbaycan ordusuna cavab vermək üçün bölgəyə gətirilib.

Ermənistan hakimiyyəti sanki bu yolla ermənilərin mümkün etirazının qarşısını almaq və məğlub durumdan çıxmağa səy göstərir. Qeyd edək ki, sabiq müdafiə naziri olan Seyran Ohanyan öz postundan 2016-cı ildə Aprel döyüşlərindən sonra kənarlaşdırılıb. Məhz onun yaratdığı müdafiə xəttinin heç nəyə yaramaması, Azərbaycan xüsusi təyinatlıları tərəfindən qısa müddətdə darmadağın edilməsi Ohanyanı nazir postundan etmişdi.

Robert Koçaryan Ermənistanın sabiq prezidenti olmazdan əvvəl, 1994-1997-ci illərdə Qarabağda gedən döyüşlərə rəhbərlik edib, 90-cı illərin döyüşlərində isə fəal iştirak edib. Əslində Paşinyanın qatı düşmən saydığı və bir neçə dəfə həbs etdirdiyi Koçaryandan yardım istəməsi, onu Qarabağa çağırması Ermənistan hakimiyyətində mahiyyətin eyni olmasını ortaya qoyur.

Ermənistan uzun müddət Azərbaycanla açıq döyüşdən müxtəlif vasitələrlə qaçsa da, sentyabr müharibəsində bundan yayına bilmir. Heç bir ölkə və beynəxalq təşkilatın ədalətsiz təzyiqlərinə boyun əyməyən rəsmi Bakı öz qanuni və işğal altında olan torpaqlarını azad eməkdə qətiyyətli görünür. Son bir neçə gündə əldə olunan uğurlar, kəndlərin azad edilməsi, düşmən tərəfin yüzlərlə hərbçisini itirməsi və qoruxuya düşməsi Dağlıq Qarabağın tezliklə işğaldan azad olunacağını deməyə əsas verir.

Mənbə: baku.ws