Pakistan vətəndaşı İlham Əliyevə məktub göndərdi

Pakistan vətəndaşı İlham Əliyevə məktub göndərdi

Pakistan İslam Respublikasının vətəndaşı Məsud Əhməd Azərbaycan Prezidenti İlham Əliyevə dəstək məktubu ünvanlayıb.

Axar.az xəbər verir ki, M.Əhməd Pakistanın Multan şəhərindən Azərbaycan Prezidentinə yazır:

“Möhtərəm cənab Prezident. Mən ölkənizlə dost və qardaş münasibətində olan Pakistanın vətəndaşı olaraq ölkəmin Sizin və böyük xalqınızın yanında olduğunu, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanı tam qəlbimizlə dəstəklədiyimizi bildirməkdən şərəf duyuram. Dağlıq Qarabağı və onu əhatə edən 7 rayonu işğaldan azad etmək üçün başladığınız haqq işində Türkiyə xalqı ilə yanaşı, bizim də ürəyimiz Azərbaycan xalqı ilə birlikdə döyünür”.

M.Əhməd Azərbaycana dua etdiklərini qeyd edir:

“Allahdan müqəddəs niyyətinizə çatmaq üçün xalqınıza kömək olmasını, ölkənizin daim çiçəklənmə və tərəqqi yolunda inkişaf etməsini azrulayıram. Allahın mərhəməti daim üzərinizdə olsun. Xeyirli dualarımız Sizlərdən əksik deyil”.

Mənbə: axar.az