Səfərbərlikdən yayınanları hansı cəza gözləyir?

Səfərbərlikdən yayınanları hansı cəza gözləyir?

Hal-hazırda ölkədə qismən səfərbərlik elan olunub. Bəs görəsən səfərbərlikdən yayınan şəxsləri hansı cəza gözləyir?

Hüquqşünas Xəyal Bəşirov bu haqda Moderator.Az-a danışıb:

“ Ölkədə qismən səfərbərliyin elan olunmasının nəticələri ondan ibarətdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət xidməti tərəfindən məlumat yayıldı ki, bu halda Azərbaycan ərazisində 1-ci dərəcəli hərbi vəzifəlilər, çavuşlar, mişmanlar, əsgərlər, gizirlər 35 yaşa qədər bu prossesə cəlb olunurlar. Əgər 19 yaşından 35 yaşına qədər şəxslər hərbi xidmət üçün yararlıdırlarsa bu halda həmin şəxslər qismən səfərbərlik elan olunduğu zaman artıq ora cəlb olunacaqlar. Zabitlər və yüksək rütbəli şəxslər üçün isə bu yaş həddi 50-dir. Bu prossesdən yayınma halları da qanunvericiliyimiz ilə tənzimlənir. Təbii ki, bu günə qədər hələ ki, praktiki olaraq bu cür hallarla rastlaşmamışıq. Nəzərə alsaq ki, bu günkü vəziyyətdə dövlət tərəfindən bu cür tədbirlər həyata keçirirlərsə bu halda qeyd olunan tələbələrə riayyət etməyən şəxslər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl olunması tövsiyyə olunur. Təbii ki, əks halda qanunvericiliklə həmin şəxsləri inzibati cinayət məsuliyyətləri gözləyir” deyə hüquqşünas bildirib.

 

 

Mənbə: moderator.az