Rusiyadakı Azərbaycanlılar Moskvadakı səfirlikdən cəbhəyə göndərilmələrini tələb edir

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ölkə vətəndaşlarının cəbhəyə göndərilməklə bağlı Azərbaycan səfirliyinə çox sayda müraciət daxil olduğunu bildirib.

“Qafqazinfo” xəbər verir ki, Bülbüloğlu bu barədə “Komsomolskaya pravda” radiosuna açıqlamasında məlumat verib.

“Bu günlər ərzində səfirliyə Rusiyada yaşayan azərbaycanlılardan cəbhəyə göndərilmələrini xahiş edən çox sayda müraciət daxil olur. Onlar döyüşə getmək istəyən vətənpərvər insanlardır. Biz onlara deyirik:“Çox sağ olun, hisslərinizə hörmət edirik, amma bu gün ordumuzun buna ehtiyacı yoxdur, ordumuz tam təchiz olunub və bizim ən müasir silahlarımız var””,- deyə P. Bülbüloğlu qeyd edib.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilib

SONRAKI XƏBƏR

"Total" Böyük Britaniyanın nəhəng avtomobil enerji doldurma şəbəkəsini satın alır