Rusiyalı tarixçi: Rusiya Qarabağa girməməlidir

Rusiyalı tarixçi: Rusiya Qarabağa girməməlidir

Kremlə yaxın təbliğat maşını Qarabağdakı müharibəni NATO-nun Rusiyaya qarşı aqressiyası ideyası şəklində təbliğ etməyə başlayıb.

Axar.az xəbər verir ki, bunu rusiyalı tarixçi Andrey Zubov öz Feysbuk səhifəsində paylaşıb.

Onun sözlərinə görə, bunun sayəsində Rusiya cəmiyyətinə Moskvanın niyə Ermənistanın yanında savaşmalı olduğu izah edilməyə cəhd edilir.

O, Rusiyanın hazırkı vəziyyətdə savaşda iştirakının praktik olaraq intihar olduğunu bildirib.

Zubov Qarabağ meydanında Türkiyə və Rusiya ordusunun toqquşmasının faciəvi olacağını deyib.

Mənbə: axar.az