ABŞ Dövlət katibindən Qarabağ AÇIQLAMASI

ABŞ Dövlət katibindən Qarabağ AÇIQLAMASI

ABŞ Dövlət katibi Mayk Pompeo hərbi əməliyyatların dayandırılması üçün Azərbaycana və Ermənistana müraciət edib.

Modern.az xəbər verir ki, Yunanıstanın Krit adasına səfər edən Pompeo bu barədə yunan həmkarı Nikos Dendiasla görüşü zamanı müraciət edib.

“Xarici işlər naziri və mən Dağlıq Qarabağ münaqişəsinə toxunduq. Hər iki tərəf zorakılığı dayandırmalı, ATƏT-in Minsk Qrupu ilə birgə çalışmalı və mümkün qədər tez danışıqlara başlamalıdır”- deyə açıqlamada bildirilir.

Mənbə: modern.az