"27 sentyabrdan başlayan təxribat 30 ildən bəri sülh danışıqlarını məqsədli pozan tək tərəfin Ermənistan olduğuna az sayda şübhə edənləri də qəti fakt qarşısında qoydu" - Aydın Quliyev

"27 sentyabrdan başlayan təxribat 30 ildən bəri sülh danışıqlarını məqsədli pozan tək tərəfin Ermənistan olduğuna az sayda şübhə edənləri də qəti fakt qarşısında qoydu"  - Aydın Quliyev

Sentyabrın 27-də erkən səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bütün təmas xətti boyunca Azərbaycan mülki yaşayış məntəqələrini , dinc insanları və hərbi məntəqələri intensiv atəşə tutması düşmənin təcavüzkar siyasətdən qəti imtina etmədiyini bir daha sübut etdi.

Ermənistanın ordusunun hücuma səhər tezdən başlaması onun dinc azırbaycanlılar evlərindən çıxmağa macal tapmamış onlara zərbə vurmaq və qadınlar, uşaqlar , yaşlılar olmaqla mülki sakinləri mümkün qədər daha çox sayda məhv etmək məqsədi güddüyünü sübut etdi. Ermənistanın artilleriya və aviasiyadan istifadə etməklə ordumuzun mövqelərini və dinc sakinləri intensiv bombardman etməsi Azərbaycanın siyasi- hərbi rəhbərliyinin Ermənistan tərəfdən yeni daha böyük müharibəyə hazırlaşdıqları barədı qabaqcadan beynəlxalq instansiyalara etdiyi xəbərdarlıqların tam əsaslı olduğunu bir daha sübut etdi.Azərbaycan rəhbərliyi bütün dünyaya sübut etdi ki, Ermənistan bütün regionu müharibə odlarına qalamaqda israrlıdır və Azərbaycanın yeni ərazilərini işğal etmək üçün müharibə hzlrlaqlarını dövlət siyasəti səviyyəsində və Azərbaycanın xəbərdarlıqlarına məhəl qoymadan açıq-aşkar aparır. Azərbaycanın uğurlu və məcburi əks hücum və əks-zərbə əməliyyatları düşmənin öz qəsbkar niyyətlərini həyata keçirə bilmədiyini və mütləq məhv ediləcəyini nümayiş etdirir. Azərbaycanın bir daha haqlı olduğu sübut edildi ki, dünya birliyi və həmsədr ölkələr Ermənistanın təcavüzkar və qəsbkar siyasətinə real və ədalətli qiymət verərək onu durdurmayınca bölgədə sülh və təhlükəsizlik təmin edilməyəcək. Azərbaycanın münaqişənin həlli ilə bağlı taktika və strategiyası özünü tam doöruldur və indi kiməsə sirr deyil ki, bölgədə müharibə təhlükəsinə və müharibəyə görə bütün məsuliyyəti Ermənistanın siyasi və hərbi rəhbərliyi daşıyır və bölgədə möhkəm sülh şəraitini təmin etməyin yeganə şərti Ermənistanın işğalçı qoşunlarının Azərbaycanın bütün işğal edilmiş ərazilərindən şərtsiz olaraq çıxarılmasıdır.

Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də səhər tezdən başladığı yeni təcavüz əməliyyatlarının BMT sessiyasında müzakirələrdən az sonraya təsadüf etməsi onu da göstərir ki, Ermənistanın təcavüzkar müharibə hazırlıqlarına zamanında ciddi reaksiya verməyən beynəlxalq səlahiyyətli dairələr də məsuliyyət daşıyır.

Ermənistanın sivil azərbaycanlılara və Azərbaycan silahlı qüvvələrinə son təcavüzü bu ölkənin sülh danışıqlarında qətiyyən maraqlı olmadığını və indiyə qədər sülh danışıqlarını ardıcıl olaraq pozan tərəf olduğunu tam çılpaqlığı ilə ortaya qoyur.Sivil azərbaycanlıların hədəf götürülməsi Ermınistanın faşist dövlətçilik mahiyyətinin əyani təsdiqidir.

Ermənistanın son aylarda Suriya və Livandan xüsusi hazırlıq keçmış terrorçu dəstələri Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirməsi barədə xəbərdarlıqlar da tam şəkildə sübut olunur.

Dinc sakinlərin və hərbçilərin iri miqyaslı təcavüz əməliyyatı nəticəsində öldürülməsi , yaralanması və dağıntılara məruz qoyulması Azərbaycan ordusunu bütün vasitələrdən istifadə etməklə düşmənə layiqli cəzasını verməsi üçün əsaslar yaradıb.

Bütün Azərbaycan xalqı və qardaş Türkiyə erməni təcavüzünün dəf edilməsində Azərbaycanın haqlı cavab tədbirlərinin yanında olduğunu nümayiş etdirir.

Aydın QULİYEV

Mənbə: www.baki-xeber.com