İordaniya Azərbaycan və Ermənistan arasında baş verən hadisələrin inkişafını narahatlıqla izləyir

İordaniya Azərbaycan və Ermənistan arasında baş verən hadisələrin inkişafını narahatlıqla izləyir

Bakı. Ceyhun Ələkbərov - Trend:

İordaniya Haşimilər Krallığının Xarici İşlər və Mühacir Məsələləri Nazirliyi Dağlıq Qarabağ regionunda Azərbaycan və Ermənistan arasında baş verən hadisələrin inkişafını narahatlıqla izləyir.

Trend-in məlumatına görə, bunu nazirliyin sözçüsü səfir Deyfullah Əli əl-Fayez deyib.

O, vəziyyətin sakitləşdirilməsinin, təmkinliyin, atəşkəsin və münaqişənin BMT Təhlükəsizlik Şurasının əlaqəli qərarlarına və beynəlxalq legitimliyə uyğun danışıqlar vasitəsilə dinc yollarla siyasi həllinin əhəmiyyətini qeyd edib.

Deyfullah Əli əl-Fayez qurbanların olmasından təəssüfünü ifadə edib.

Mənbə: az.trend.az