Gürcü ekspert: Erməni geosiyasi məkanı dünyanın siyasi xəritəsindən silinə bilər

Gürcü ekspert: Erməni geosiyasi məkanı dünyanın siyasi xəritəsindən silinə bilər

Bakı. Tamilla Məmmədova - Trend:

Dünya ictimaiyyəti tərəfindən Dağlıq Qarabağ məsələsinin tənzimlənməməsinin düzgün qiymətləndirilməməsi Ermənistana ciddi fəsadlara gətirib çıxara bilər, erməni geosiyasi məkanı dünyanın siyasi xəritəsindən silinə bilər.

Bunu Trend-ə gürcü ekspert Quram Marxuliya deyib.

O bildirib ki, Azərbaycan on illərlə Ermənistanı və dünya ictimaiyyətini dəfələrlə öz ərazilərini qaytaracağı barədə xəbərdar edib:

“Görünür, həm dünya ictimaiyyəti, həm də Yerevan buna şübhə ilə yanaşırdı. Biz görürük ki, BMT Təhlükəsizlik Şurasının bütün qətnamələri bir neçə həftə və ya ay ərzində icra olunur, amma işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi ilə bağlı dörd qətnamə isə otuz ilə yaxındır ki, kağız üzərində qalır. Azərbaycan xalqının səbri dolub. Azərbaycan Prezidenti İlham Əlyevin dünənki çıxışı onu göstərir ki, Azərbaycanın tarixi ərazilərinin azad olunması üçün müharibə başlayıb”.

Ekspert əlavə edib ki, dünya ictimaiyyəti Azərbaycanın tərəfində olacaq.

Mənbə: az.trend.az