"Uğrunda güllə yarası alıb, görmə qabiliyyətimi itirdiyim kənd işğaldan azad edildi" - İlham Zəkiyev

"Uğrunda güllə yarası alıb, görmə qabiliyyətimi itirdiyim kənd işğaldan azad edildi" - İlham Zəkiyev

"Yaralandığım və doğulduğum Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi işğaldan azad edildi. Çox sevinirəm, əsgərləmizə dəstəyəm".

Milli.Az azxeber.com-a.istinadla xəbər verir ki, bu sözləri paraolimpiyalı cüdoçu, ikiqat Paralimpiya Oyunları çempionu İlham Zəkiyev İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində deyib.

O Azərbaycan Ordusuna dəstək olduğunu deyib: "Allah Azərbaycan dövlətini və ordusunu qorusun. Kaş mənim də səhhətim imkan verərdi və qardaşlarımla çiyin-çiyinə döyüşərdim".

Xatırladaq ki, İlham Zəkiyev 1999-cu ilin fevralında Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman Ermənistan tərəfdən atılan snayper gülləsinə tuş gəlib.

Milli.Az

Mənbə: news.milli.az