İran axır ki, Qarabağla bağlı BMT qətnamələrini yada saldı

İran axır ki, Qarabağla bağlı BMT qətnamələrini yada saldı

İran, Rusiya və Türkiyə Azərbaycan və Ermənistana ziddiyyətləri sülh yolu ilə həll etməyə kömək etmək gücündədirlər.

Axar.az xəbər verir ki, bunu İran hakimiyyətinin rəsmi nümayəndəsi Əli Rabii deyib.

“Ermənistanla Azərbaycan arasında konflikt sülh yoluyla həll edilməlidir. İran, Türkiyə və Rusiya qonşu ölkələrə BMT qətnamələrini yerinə yetirmək və ziddiyyətlərin qeyri-hərb yoluyla həllinə kömək etmək imkanındadırlar”, – deyə o bildirib.

Qeyd edək ki, BMT Ermənistan ordusunun işğal etdiyi Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxması ilə bağlı 4 qətnamə qəbul edib.

Mənbə: axar.az