Kremldən Ankaraya yumşaq etiraz: Qarabağla bağlı...

Kremldən Ankaraya yumşaq etiraz: Qarabağla bağlı...

Qarabağ konfliktinin tərəflərindən birinə hərbi dəstək bəyanatı gərginliyi artırır.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun “Azərbaycanı döyüş meydanında və danışıqlar masasında dəstəkləməyə hazırıq” bəyanatını şərh edərkən deyib.

“Hərbi dəstək və hər aktivlik haqqında istənilən bəyanat oda yağ tökməkdir. Biz buna qarşıyıq. Biz məsələnin belə qoyulması ilə razı deyilik. Moskva bütün ölkələri, xüsusilə Türkiyə kimi tərəfdaş ölkələri tərəfləri atəşkəsi bərpa etməyə və danışıqlar masasına geri qayıtmağa razı salmağa çağırır”, – deyə o bildirib.

Mənbə: axar.az