Amerikalı sabiq həmsədr: “Ermənistan Azərbaycanın suveren ərazisinə soxulub və işğal edib”

Amerikalı sabiq həmsədr: “Ermənistan Azərbaycanın suveren ərazisinə soxulub və işğal edib”

“Beynəlxalq hüquqa görə, Ermənistan başqa bir suveren dövlət olan Azərbaycanın suveren ərazisinə soxulub və işğal edib”.

APA-nın xəbərinə görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı sabiq həmsədri Riçard Hoqland deyib.

O qeyd edib ki, ABŞ-ın əsas siyasəti bütün millətlərin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləmək və qorumaqdır.

Mənbə: apa.az