Nikol xalqını ən qanlı savaşa sürüklədi - “London Post”

Nikol xalqını ən qanlı savaşa sürüklədi - “London Post”

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Fuad Çıraqovun “London Post” qəzetində “Cənubi Qafqazda yeni müharibənin necə başlanması haqqında qısa məlumat” başlıqlı məqaləsi dərc edilib.

Axar.az xəbər verir ki, təmas xəttində baş vermiş son hadisələrə həsr olunmuş məqalədə müəllif Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində qeyri-qanuni olaraq yerləşən Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozduğunu və yalnız Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin mövqelərinin deyil, həmçinin dinc əhali və mülki infrastrukturların da hədəf alındığını yazıb. Bildirilib ki, BMT tərəfindən təsbit olunmuş özünümüdafiə hüquqlarından istifadə edərək Azərbaycan Silahlı Qüvvələri hadisəyə reaksiya verərək özünümüdafiə və əks-hücum əməliyyatlarına başlayıb və 1993-cü ildən işğal altında olan Füzuli və Cəbrayıl rayonlarının bir neçə kəndini azad edərək strateji Murovdağ zirvəsində nəzarəti ələ alıb.

Müəllif qeyd edib ki, 2018-ci ildə Ermənistanda sosial-iqtisadi vəziyyət, korrupsiya nəticəsində əvvəlki rejim devrilib və xalq ümidlərini yeni hakimiyyətə gələn Nikol Paşinyana bağlayıb.

“Lakin 2 ilin sonunda o ümidləri doğrultmadı və gözlənildiyi kimi böyük islahatçıya çevrilmədi. Əvəzində xalqını 1990-cı illərdən bu yana baş vermiş ən qanlı döyüşlərə sürüklədi”, - deyə yazar qeyd edir.

Mənbə: axar.az