Çorum şəhəri Azərbaycan bayraları ilə bəzəndi

Çorum şəhəri Azərbaycan bayraları ilə bəzəndi

Türkiyənin Çorum bələdiyyəsi ermənilərin Qarabağ cəbhəsində xain təxribatlarını qınamaq məqsədi ilə Azərbaycana dəstəyini nümayiş etdirib.

Axar.az Türkiyə KİV-lərinə istinadla bildirir ki, dünəndən bu yana Çorum şəhər mərkəzindəki ictimai iaşə obyektlərində, ictimai monitorlarda Azərbaycan bayraqları dalğalanır. Bələdiyyə sədri Xəlil İbrahim Eşqin bildirib ki, Azərbaycanla Türkiyə bir millət, iki dövlətdir:

“Ermənistan bilməlidir ki, Dağlıq Qarabağ türkündür və türkün torpağı olaraq qalacaq. Son iki gündə şəhid olan qardaş-bacılarımıza Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm”.

 

Mənbə: axar.az