Ermənilərə kimin təlim verdiyi ortaya çıxdı

Ermənilərə kimin təlim verdiyi ortaya çıxdı

Yunanıstan hərbçilərinin Ermənistan ordusuna verdiyi təlim zamanı çəkilən görüntülər ortaya çıxıb.

ONN media xəbər verir ki, yunanlar ortaq təlim, mövcud birgə hərbi əməkdaşlıq proqramı çərçivəsində Afinanın Peramo bölgəsindəki qışlaqda ermənilərə təlimlər keçib.

“Birlik” qəzetinin iddiasına görə, təlimlər 6-9 iyun 2017-ci il tarixləri arasında Yunanıstan Baş Qərargahı (GEETHA) İntizamlı Xüsusi Əməliyyat İdarəsinin rəhbərliyində Ermənistan xüsusi təyinatlı qüvvələri üçün təşkil olunub.

Təlim çərçivəsində çevik reaksiya, yaxın məsafədə döyüş və küçə döyüşü öyrədilib.

Mənbə: onn.az