Türkiyədən qorxub Ermənistana getmədilər

Türkiyədən qorxub Ermənistana getmədilər

Azərbaycan Ordusuna qarşı döyüşmək üçün Ermənistana 300 PKK terror təşkilatı üzvü göndərilib.

ONN media xəbər verir ki, kəşfiyyat mənbələrindən əldə edilən məlumata görə, onların kütləvi qırğın qurbanı olmaması üçün 25 nəfərlik qruplar halında döyüşə girdikləri bildirilib.

Digər tərəfdən, HDP terror təşkilatının bölgədəki gərginliyə qarışmamasının səbəbləri məlum olub. Bildirilib ki, HDP Türkiyənin münaqişəyə hərbi müdaxilə etməsini istəmir, buna görə də Ermənistanda döyüşmək təklifindən imtina edir.(publika.az)

Mənbə: onn.az