Göyçayda cəbhəyə getmək üçün izdiham yaşanır

Göyçayda cəbhəyə getmək üçün izdiham yaşanır

Göyçayda vətənə xidmət etmək üçün könüllü şəkildə hərbi xidmətə getmək istəyənlərin sayı 1000 nəfəri keçib.

Axar.az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, bu gün səhər saatlarından başlayaraq Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsi önündə izdiham yaşanıb.

Belə ki, yüzlərlə yerli sakin ordumuzun işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda apardığı əməliyyata qoşulmaq üçün növbəyə düzülüb.

Göyçaydan və ətraf ərazilərdə yerləşən kəndlərdən yüzlərlə gəncl könüllü olaraq qurumun önünə toplaşıblar.

İzdiham gecə saatlarına qədər davam edib.

Mənbə: axar.az